Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:02

ATƏT Ukraynanın şərqində tutulan jurnalisti azad etməyə çağırır


Simon Ostrovsky, "Al Jazeera" televiziyasında çalışarkən, 2011

Simon Ostrovsky, "Al Jazeera" televiziyasında çalışarkən, 2011

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatović Ukraynanın şərqində jurnalistlərin həbsi və onlara qarşı basqılardan dərin narahatlığını bildirib.

O, “Vice News”un müxbiri Simon Ostrovsky-nin dərhal azad olunmasına çağırıb.

Ostrovsky aprelin 22-də rusiyameylli separatçıların nəzarət etdiyi Sloviansk şəhərində naməlum şəxslər tərəfindən saxlanıb.

Bundan əvvəl isə “Tochka Opori” jurnalının müxbiri Maxim Danilchenko Luhansk-dakı etirazıları işıqlandırarkən hücuma məruz qalıb.

Belorusun “Noviy Chas” qəzetinin müxbiri Dmitriy Galko, İtalyan və Fransız jurnalistləri Paul Gogo və Kossimo Attanasio naməlum şəxslər tərəfindən saxlanıb, amma az sonra azad ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG