Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38
-

Bu şeir "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Günel Eyvazlı


NAMRUD

Ovcuma baxınca
Uzanan xətlər mənə yol göstərir.
Ur məbədində
Nannunun şərəfinə qurban verirlər.
İnsan başları.

Üzümə düşən işıqdan
Sina kimi parıldayırdım.
Həm də mən İllah olmaq
Eşqinə düşmüşdüm.

Bütün keçmiş kitablar yandırıldı.
Unutmaq dəhşətlidir.
Hətta danışmaq istəyəni
Çarmıxa çəkdilər.
Nəsimi özü də, İsa taleyi yaşadı.

İndi susmaq yox, demək lazımdır.
Mənim kimi. Ucundan-qulağından.
İndi xatırlamaq lazımdır.
Yadına sal ağac babanı.
Mən meymun nəslindən deyiləm.

Hər duada bir ölçü var.
Hədd.
Sədd.
Eyni məbəd
qarşısında qan tökülür.
Yaddaş pozulur.
Yəni
Apuleyin qızıl Lutsiyinə çevrilirik.

Ayaqyalın qaçan suriyalı uşaq
Hər gecə yuxumdadır.
Eynilə Qarabağda süngiyə taxılmış cocuqlar kimi.
Ağlayır, inildəyir.

İbrahim bütləri sındırdı.
Qızıl danaya sitayiş edirik.

Ovuclarımı kimə açsam sədəqə verir.
Mən isə bax deyirəm.
Taleyimə.
Eyni xətlər səni də mənim getdiyim yerə aparacaq.
Edama.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG