Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

İlham Əliyev Qarabağ xanəndəsi Keçəçioğlunun yubileyi ilə bağlı sərəncam imzalayıb


-
Prezident Qarabağ xanəndəsi Keçəçioğlu Məhəmmədin 150 illik yubleyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılır ki, Milli Konservatoriyasının təkliflərini nəzərə almaqla, Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşada anadan olub.

Keçəçioğlu Məhəmmədin ifasında bir sıra muğam, təsnif və xalq mahnıları “Sport-rekord” (Varşava) və “Ekstrafon” (Kiyev) şirkətləri tərəfindən qrammofon valına yazılıb.

1926-cı ildə Üzeyir Hacıbəyov onu Azərbaycan Dövlət Filarmoniyasına dəvət edib. O burda gənc xanəndələr yetişdirib. O, 1940-cı ildə, 76 yaşında Bakıda vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG