Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:28

Xəzərin statusu - Moskvanın əsas bəhanəsi


-
Aprelin 22-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir. Onlar sentyabrda Həştərxanda Xəzər sammiti ərəfəsi Xəzərin statusu məsələsini müzakirə edirlər. Nazirlərin bu görüşündə Xəzərin status haqda konvensiyanın layihəsi paraflana bilər.

Adı çəkilməyən Xəzəryanı ölkənin xarici işlər nazirliyindən Rusiyanın “Kommersant” qəzetinə bildiriblər ki, Moskva təkid edib və inandırıb ki, regiondan kənar ölkələr Xəzər dənizi işlərinə təsir göstərə bilməz, o cümlədən Xəzərdə 3-cü ölkələrin, məsələn, ABŞ-ın hərbi qüvvələri yerləşdirilə bilməz.

“Kommersant” yazır ki, yekun sənədə düzəlişlər son ana qədər davam edir. İndiyədək mübahisəli məsələr qalmaqdadır. Məsələn, Xəzərdə sərbəst gəmiçilik məsələsi həll olunmayıb. Azərbaycan bunun əleyhinədir.
İranın Xəzərdə ilk offşor neft platforması, 2009-cu il
İranın Xəzərdə ilk offşor neft platforması, 2009-cu il

Xəzərin status haqda danışıqlar 1992-ci ildən gedir.

Sərhədlərin tənzimlənməsi haqda sazişi 3 ölkə- Rusiya, Qazaxısytn və Azərbaycan öz aralrında imzalayıb, Türkmənistan və İran buna qoşulmayıb.

5 Xəzəryanı dövlət arasında fikir ayrılıqları qalmaqdadır. Bunlar Xəzərin dibindəki ehtiyatların, akvatoriyanın və şelfin bölünməsi ilə bağlı problemlərdir. Xəzərin dibi ilə kəmər çəkilməsi də problemlidir.

Moskva Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə kəmər çəkilməsinin əleyhinədir.

RusEnergy şirkətindən Mixail Krutikhin deyir ki, “Nazirlər sazişə razılaşsa və İran, Azərbaycan, Türkmənistan Xəzərin dibini bölə bilsə, Xəzərdə ərazi mübahisələri yox olacaq. O cümlədən Türkmənistanla Azərbaycanın mübahisəli yatağı olan Kəpəz ətrafında problem həll olunacaq.

Moskvaya indiyədək Trans Xəzər kəmərinin qarşısını almaq üçün Xəzərin statusunun müəyyən olunmamasını əsas gətirirdi. Krutukhin deyir ki, status müəyyən olunsa, belə qadağaya daha əsas olmaycaq. O əlavə edir ki, Moskva bununla belə, konvensiyaya əlavə etmək istəyir ki, Xəzərin dibinin istismarı və infrastruktur tikintisi ilə bağlı məsələlər 5 Xəzəryanı dövlətin hamısı ilə razılaşdırılmalıdır.

Son məlumata görə, Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, Xəzərin Statusu haqda saziş sentyabrda Həştərxanda 5 Xəzəryanı ölkənin sammitinə qədər hazır olmayacaq.

5 Xəzəryanı ölkənin xarici işlər nazirlərinin Moskva görüşündən sonra Lavrov deyib ki, nazirlər statusla bağlı bir slıra prinsipləri əlaqələndirirlər. Məqsəd Xəzərin status haqda yekun sazişin əsaslarını yaratmaqdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG