Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:53
-
Krım tatarlarının liderlərindən biri Mustafa Jemilev-ə 2019-cü ilə qədər Krıma girməyə qadağa qoyulub. Bu barədə Ukraynanın Unian.net saytı məlumat yayıb.

Məlumata görə aprelin 22-si səhər tezdən Mustafa Jemilev Məclis rəhbərinin müavini Aslan Ömərovla Krımdan çıxaraq Kiyevə yollanıblar.

Krımla Ukrayna arasındakı administrativ sərhədi keçən zaman Jemilev-ə “Rusiya Federasiyası ərazisinə gəlməsinə icazə verilməməsi aktı” verilib.

Aktda onun 5 il ərzində Krıma getməsinə icazə verilmədiyi göstərilir. Sənəddə qadağanın 2019-cu il aprelin 19-dək qüvvədə olduğu qeyd olunur.

M. Jemilev deyib ki, hansı “qərar”ın verilməsindən asılı olmayaraq o, Krıma gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG