Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:37

1500-dən çox QHT illik maliyyə hesabatı verməyib


-
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verməyən QHT-lərin siyahısını açıqlayıb.

Qurumun rəsmi saytında yerləşdirilən siyahıda 1600-dən çox QHT-nin adı var.

Bu siyahıda rəhbərləri müxtəlif yüksək vəzifəli məmurlar, deputatlar, nazir övladları olan QHT-lərin (idman federasiyalarının) da adına rast gəlmək olar.

Məsələn, prezidenti deputat Adil Əliyev olan Azərbaycan Kikboksinq Federasiyası, baş nazirin müavini İsmət Abbasovun rəhbərlik etdiyi Azərbaycan Stolüstü Tennis Federasiyası, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, ARDNŞ prezidenti Rövnəq Abdullayevin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da Maliyyə Nazirliyinə illik hesabatı gecikdirən QHT-lərin siyahısındadır.

Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, maliyyə hesabatı verməyən QHT-yə cərimə sanksiyası tətbiq edəcək.
XS
SM
MD
LG