Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:01

Elçin Behbudov Rauf Mirqədirovla görüşüb


Rauf Mirqədirov
Rauf Mirqədirov
-
Aprelin 22-də İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirovla görüşüb.

Komitə sədrinin APA-ya dediyinə görə, Rauf Mirqədirov saxlanma şəraiti və ona münasibətdən şikayətlənməyib:

“Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayət etmədi. Bildirdi ki, ona jurnalist kimi hörmət edirlər. Müstəntiq tərəfindən hər hansı təzyiq olmayıb. İstədiyi vəkillə təmin edilib. Saxlanılan zaman vəziyyəti pisləşib. Dərman veriblər sakitləşib. Lakin ittiham üzrə özünü təqsirli bilmir. İstintaqa da ifadə verməyib. Rauf Mirqədirov Ermənistana bir neçə dəfə səfər etdiyini bildirdi. Həmçinin Gürcüstanda ermənilərlə birlikdə tədbirlərdə iştirak edib. Ermənistana nə üçün getdiyini soruşdum. Bildirdi ki, Cənubi Qafqazla, geosiyasi məsələlərlə bağlı təşkil olunan tədbirlərdə iştirak edib”.
XS
SM
MD
LG