Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:23

Joe Biden Ukraynaya tam dəstəyini bildirir


Kiyevdə səfərdə olan ABŞ vitse-prezidenti Biden Ukraynaya ABŞ-ın tam dəstəyini bildirib. O deyib ki, Ukrayna öz gələcəyi uğrunda mübarizə aparır.

Biden bildirib ki, “yol çətindir, ancaq Ukrayna bu yolda tək deyil”.

Biden bunları Ukraynanın baş naziri Yatsenyukla danışıqlardan sonar bildirib.

Biden deyib ki, bəziləri Ukraynanı parçalamaq istəyir. Ancaq Ukrayna vahid dövlət kimi qalmalıdır.

O, Rusiyanı Ukraynanın şərqində gəginliyə son qoymaq haqda Cenevrə razılaşmasındakı öhdəliklərinə tam əməl etməyə çağırıb.

O deyib: “Biz imkan verə bilmərik ki, bu, sonu olmayna prosesə çevrilsin”.

Baş nazir Yatsenyuk isə deyib ki, Ukraynada president seçkiləri gələn ay keçirilməlidir. O bildirib ki, Ukraynanın legitim prezidentə ehtiyacı var. Onun sözlərinə görə, bu senarini isə Rusiya istəmir.
XS
SM
MD
LG