Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:09

«Bakı» 10 min manat cərimələnib


Aprelin 22-də AFFA-nın İntizam Komitəsi «Bakı» klubunun futbolçusu Araujo Santos Oeliltona cəza verib.

«İnter»lə qarşılaşmada ikinci sarı vərəqə alandan sonra baş hakimə fiziki təzyiq göstərən Araujo Santos 10 oyunluq kənarlaşdırılıb. «Bakı» klubu isə 10 min manat cərimələnib.

Qərar AFFA-nın İntizam Komitəsinin bu günkü iclasında verilib.

Bundan başqa «Neftçi»nin futbolçusu Araz Abdullayev azarkeşləri təhqir etdiyi üçün cəzalanıb. «Sumqayıt»la qarşılaşmadakı hərəkətlərinə görə o, 3 oyunluq kənarlaşdırılıb. Komandası isə 2 min manat cərimələnib.

Bu qarşılaşmada ikinci sarı vərəqə ilə meydandan qovulan Uğur Pamuk isə 1 oyunluq cəzalanıb, «Sumqayıt» 200 manat cərimələnib.

«Simurq» – «Qarabağ» matçının 35-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri meydançaya kənar əşyalar atdıqları üçün klub 2000 manat cərimə olunub.

Xəbəri AFFA-nın saytı yayıb.
XS
SM
MD
LG