Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24
-
Bakı-Tbilisi-Cayhan (BTC) kəməri ilə ixrac olunmuş neftin yüklənildiyi 2500-cü tanker Türkiyənin Ceyhan terminalından yola düşüb.

Bu barədə aprelin 22-də BP şirkəti məlumat yayıb.

“Vinga” adlı tanker 15 aprel tarixində Ceyhan dəniz terminalına gəlib və aprelin 21-də neftin yüklənilməsi başa çatdıqdan sonra İspaniyaya yola düşüb. Bu tankerə Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac edilən 735 000 barel neft yüklənib. “Vinga” tankerinə yüklənilmiş xam neft Azərbaycanın Dövlət Neft Fonduna məxsus olub”.

BTC vasitəsilə nəql olunan və Ceyhan terminalından dünya bazarlarına yola salınan neft əsasən Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından hasil edilir.

1768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC boru kəməri ümumilikdə 1,9 milyard bareldən artıq (256 milyon ton) xam neft nəql edərək dünya bazarlarına göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG