Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:20
-
“Mənə heç kim tapşırıq verməyib, deputatların yerinə özüm səs vermişəm”

Bunu AzadlıqRadiosuna aprelin 18-da iclasda iştirak etməyən bəzi deputatların yerinə səs verən Milli Məclisin operatoru Akif Məmmədov deyib.

O hansı deputaların yerinə səs verdiyini açıqlamır.

“Bu barədə heç bir söz deyə bilmərəm”.

Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Fazil Mustafa parlament operatorunun deputatların yerinə səs verməsini qanuna zidd hərəkət sayır.

“Milli Məclisin aparat işçisinin deputatların yerinə səs verməsi qanuna ziddir və çox güman ki, bununla bağlı bir ölçü götürüləcək”.

Amma o, həmin şəxslə bağlı tədbir görmək səlahiyyətinin Milli Məclis rəhbərliyinə aid olduğunu deyir.

“İntizam Komissiyası yalnız deputatlarla bağlı şikayətlərə baxır. Deputatın hansısa təcili bir işi çıxarsa, o, yanındakı həmkarına mövqeyini bildirə və onun yerinə səs verməsini xahiş edə bilər və burda hansısa pozuntu yoxdur. Amma deputat olmayan aparat əməkdaşı deputatların yerinə səs veribsə, bununla bağlı rəhbərlik hansısa tədbir görməlidir”.

Aprelin 18-də keçirilən iclasda Milli Məclisin operatoru Akif Məmmədov iclasda iştirak etməyən deputatların əvəzindən səs verib. Bununla bağlı video yayılıb. Parlamentin iclaslarında bir deputatın digərinin yerinə səs verməsini göstərən video ötən ilin noyabrında sosial şəbəkələrdə yayılıb.

Həmin vaxt Milli Məclisin İntizam Komissiyasının üzvləri olan deputatlar burda hər hansı qanun pozuntusunun olmadığını bildiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG