Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:39

Təhsil naziri müəllimlərin işə qəbulu ilə bağlı yeni əmr imzalayıb


Arxiv foto

Arxiv foto

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin işə qəbulunun tənzimlənməsi ilə bağlı əmr imzalayıb.

Bu barədə nazirliyin saytında məlumat verilib.

Aprelin 21-də imzalanan əmrlə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi, işə qəbulu və yerdəyişməsi qaydaları təsdiqlənir.

Sənəddə qeyd olunur ki, 2014-2015-ci tədris ilində müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiqlənsin.

Nazirliyin İnsan resursları və İlk peşə-ixtisas təhsili sektoruna tapşırılır ki, vakant yerləri təhlil edib müsabiqələr üçün iyun ayının 1-dək elan verilməsini təmin etsinlər.

Digər aidiyyatı şöbələrə isə müəllimlərin iş yerini dəyişməsi və işə qəbul üzrə elektron ərizələrini iyunun 1-dən iyulun 15-dək qəbul etmələri tapşırılır.

Bundan başqa əmrdə müsabiqə nəticəsində yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılması, həmçinin dərs ili başlayandan sonra vakant yerlər haqqında sentyabrın 20-dək nazirliyə yazılı məlumat verilməsi və digər bir sıra məsələlərlə bağlı tapşırıqlar yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG