Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:50

17 insan alveri qurbanına yardım göstərilməyə başlanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 17 nəfər insan alveri qurbanına yardım göstərməyə başlayıb.

Nazirliyin saytında qeyd olunur ki, mərkəz yardımı Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən daxil olan məlumat əsasında göstərir:

«Həmin şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməklə, məşğulluqlarının təmin edilməsi, lazım gəldikdə sosial yardımla təmin olunmaları da diqqətdə saxlanacaq».

Məlumatda deyilir ki, bu ilin ilk rübü ərzində Mərkəz DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 4 nəfər insan alveri qurbanına və 11 nəfər insan alverinin potensial qurbanına maddi, hüquqi-psixoloji yardımlar göstərib. 2 nəfəri münasib işlərlə, 2 nəfəri sosial xidmət müəssisəsində yaşayış yeri, 3 nəfəri ünvanlı dövlət sosial yardımı ilə təmin edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG