Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:41

Vəkildən hakimə təklif: «Hökmü oxuyanda gənclərin gözlərinə baxın» [Video]

NİDA-çı gənclərin budəfəki məhkəmə prosesinə çox sayda izləyicilər və polislər qatılıb.


Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan NİDA-çı gənclərin məhkəməsi başlayıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, məhkəmənin qarşısına polis dolu avtobuslar gətirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı hərəkat üzvlərinə 6 il yarımdan 8 il yarıma qədər cəza istəyib.

Gənc fəallar etiraz olaraq aprelin 17-dən aclıq aksiyasına
başlayıb.

AzadlıqRadiosu məhkəməni və məhkəmə binası ətrafında baş verənləri yaxından izləyir. Xəbərlər Canlı Bloq-da xronoloji ardlcıllıqla yerləşdirildiyindən ən son məlumatlar mətnin yuxarı hissəsindədir
18:48 22.4.2014
-
Aprelin 22-dir. Bakı Ağır Cinayətlər Məhkəməsinə aparan küçələrdə polis maşınları var. Məhkəməyə yaxın küçələr polislə bağlanıb. Səbəb – NİDA-çıların məhkəməsidir. Bu dəfə məhkəməyə çox adam gəlib.

Polislər şəxsiyyət vəsiqəsini yoxlayıb sonra adamları buraxır. Jurnalist və ya səfirlik nümayəndəsi olmayanın iştirak etmək şansı yoxdur. Bu seçkinlik NİDA-çıları dəstəkləməyə gələnlərdə narazılıq doğurur.

Nəzarətçilər “zal ağzınacan doludur, heç kim buraxılmayacaq” deyə xəbərdarlıq edir. Zor- bəla, məhkəmə salonuna daxil oluruq. Təqsirləndirilənləri zala gətirəndə adəti üzrə səslənən alqışlar bu dəfə daha sürəkli və daha gurultuluydu. Hamı gözünü gətirilən əliqandallı dustaqların üzünə dikib. Bilmək istəyirlər, yoldaşları, əzizləri özlərini pis hiss etmir ki? NİDA-çılar aclıq aksiyalarının 6-cı gününü yaşayırlar. Ötən 6 gün boyunca hərə öz yaxınına sağlıq durumundan – səhhətində baş verən dəyişikliklərdən danışır:

“EŞİTSƏZ Kİ, RƏŞAD AKSİYANI DAYANDIRIB, İNANMAYIN!”

Rəşadət Axundov: “Təcridxana rəisi elə aksiyaya başladığımız gün məni otağına çağırdı. Dedi ki, sənə hələ ki iş verməyiblər. Niyə aksiya edirsən? Get ye, iç. Dedim ki, yeməyəcəyəm. Belə yaxşıyam. Ama mədəmdə bir az ağrılar var”.

Bəxtiyar Quliyev: “Aksiyanın ikinci günü özümü pis hiss elədim. Qıcolma kimi bir şey. Sol ayağımı və qolumu hiss etmirdim. Otaq yoldaşlarım xəbər verdilər ki, halım pisdir, həkim çağırın. Ancaq heç kim gəlmədi. Öz özlüyündə keçdi getdi. İndi normalam”.

Zaur Qurbanlı: “Nəfəsalmamda bir az çətinlik yaranıb. Ümumilikdə isə özümü yaxşı hiss edirəm”.
İlkin Rüstəmzadə: “Aksiyanı saxlamaq barədə bizdən heç kim təklif və ya tələb etməyib. Ümumiyyətlə heç maraqlanmırlar bizimlə. Bu 6 gün ərzində bircə dəfə həkim gəlib yanımıza”.

Rəşad Həsənov: “Birdən kimdənsə- qohumlardan, dostlardan, ya da vəkildən eşitsəniz ki, Rəşad aksiyanı dayandırıb, bilin ki, yalan deyirlər. Mən aksiyanı dayandırmayacam, məzarda görüşərik. (gülür)”.

Bu zaman hakimlər zala daxil olur və məhkəmə başlanır. Vəkillərdən bir neçəsi müdafiə çıxışlarına baş vurur.

“HÖKMÜ OXUYANDA GƏNCLƏRİN GÖZLƏRİNƏ BAXIN”

Onlar istintaqa təqdim edilən sübut və dəlillərin yetərsizliyinə diqqət çəkdilər. Vəkil Yalçın İmanov məhkəmədən bir istəyini də dilə gətirdi:

“NİDA-çıların işi ilə bağlı Avropa Konvensiyasının istənilən maddəsi pozulur. Hakimiyyət öz siyasətinə müxalif olanlara qarşı cinayət fitnəkarlığı törədir. Bir gözləntim var sizdən. Hökm oxunarkən zaldakıların, bu 8 nidaçının gözlərinə baxın. Bu insanlara bəraət verməyən məhkəməni məhkəmə, hakimi hakim hesab etməyəcəyəm. Siz özünüzə nə deyirsiniz deyin”.

Məhkəmə aprelin 24-də davam edəcək.
15:04 22.4.2014
«POLİS DEDİ Kİ, QANUNSUZ AKSİYA ETMİSİZ»

«Müsbət dəyişikliyə doğru» İB-in sədri Bəxtiyar Hacıyev sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən Bəxtiyar Hacıyev Bakının Nəsimi rayon polis idarəsinin 22-ci polis bölməsinə aparıldığını bildirdi:

«Profilaktik söhbət etdilər, izahat yazdım. Polis deyir ki, qanunsuz aksiya etmisiz».

Bəxtiyar Hacıyev aprelin 22-də səhər saatlarında həbsdə olan NİDA-çı gənclərin məhkəməsinin getdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında polis tərəfindən saxlanmışdı.
15:01 22.4.2014

Vəkil:«Aclıq edən NİDA-çılar zəifləyib»

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan NİDA-çı gənclərin məhkəməsi keçirilib. Polis məhkəməni izləyəməyə gələnləri ərazidə toplaşmağına icazə verməyib. Məhkəmədən sonra açıqlama verən vəkil Əsabəli Mustafayev proses haqda danışıb.

14:50 22.4.2014

Davamı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG