Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:03
-

ABŞ-ın vitse-prezidenti Joe Biden Kiyevdə bildirib ki, Ukraynada 25 may prezident seçkisi ölkə tarixində ən mühüm səsvermə olacaq. Onun sözlərinə görə, Vaşinqton Ukrayna liderlərinin vahid Ukrayna yaratma yolunda kömək göstərməyə hazırdır.

Ancaq xəbərdarlıq edib ki, Kiyev «korrupsiya xərçəngi» ilə mübarizədə cəhdləri artırmalıdır.

Biden Ukraynada siyasi partiya rəhbərlərinə deyib ki, Vaşinqton «alçaldıcı hədələrə» qarşı onlarla birlikdədir.

Birləşmiş Ştatlar həmçinin Ukraynana kömək edəcək ki, Rusiyadan enerji asılılığına son qoysun.

BİDEN KİYEVDƏ DANIŞIQLAR APARIR

ABŞ-ın vitse-prezidenti Joe Biden aprelin 22-də Kiyevdə danışıqlar aparır. O, Vaşinqtonun Ukrayna rəhbərliyinə dəstək nümayişi üçün səfərini başa çatdırır.

Biden-nin Ukraynanın prezident səlahiyyətlərini icra edən Oleksandr Turchynov, baş nazir Arseniy Yatsenyuk və parlament üzvləri ilə görüşü gözlənir.

Onun Ukraynaya enerji və iqtisadi yardıma əsaslanan texniki yardım paketini elan edəcəyi gözlənir.

Birləşmiş Ştatlar və Rusiya bir-birini ölkədəki böhranı yumşaltmaq üçün sülh sazişini pozmaqda günahlandırır.

Cenevrə razılaşması Ukraynadakı qanunsuz silahlı birləşmələrin tərksilah olunmasına, etirazçıların dövlət binalarından çıxmasına çağırır.

Vaşinqton bəyan edib ki, Moskva sazişi yerinə yetirməyə cəhd göstərməsə, Rusiyaya yeni sanksiyalar qoyacaq. Rusiya isə Vaşinqtonu çağırıb ki, Kiyevin sazişi tam yerinə yetirməsi üçün ona təzyiq göstərsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG