Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:26

Putin Krım əhalisinin reabilitasiyası haqqında sərəncam verib


Vladimir Putin

Vladimir Putin

-

Rusiya prezidenti Vladimir Putin Krım tatarları və Sovet repressiyasından əziyyət çəkən digər azlıqların reabilitasiyası haqqında sərəncam verib.

Aprelin 21-də hökumət rəsmiləri ilə görüşü zamanı Putin bildirib ki, «mən Krımın Krım tatarları, erməni əhalisi, alman, yunan – ümumiyyətlə, Stalin təmizləməsindən əziyyət çəkən əhalisinin reabilitasiyası haqda sərəncam vermişəm».

Rusiyanın İnterfax agentliyi bildirir ki, sərəncam Krımın «sosial iqtisadi dirçəlişi»ni nəzərdə tutur.

Krım əhalisinin təxminən 12 faizini Krım tatarları təşkil edir. Onlar isə martda Krımın Ukraynadan ayrılaraq, Rusiyaya birləşməsini nəzərdə tutan referendumu boykot ediblər.

Putin bu sərəncamla Krım yarımadasının qeyri-rus azlıqlarının dəstəyini qazanmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG