Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:28

Azyaşlı İmran Cəfərzadənin ayağını itirməsi ilə bağlı məhkəmə başlayır


İmran Cəfərzadə Almaniyada müalicədən qayıdarkən, 8 mart 2014

İmran Cəfərzadə Almaniyada müalicədən qayıdarkən, 8 mart 2014

-
Ötən yay Xaçmazda “Nabran Village Holiday” istirahət Mərkəzində azyaşlı İmran Cəfərzadənin ayağını itirməsi ilə nəticələnən hadisəyə görə məhkəmə prosesi başlayır. Aprelin 21-də Xaçmaz rayon Məhkəməsində prosesə hazırlıq iclası keçirilib. Məhkəmə aprelin 28-ə təyin edilib.

Hazırlıq iclasında İmranın valideynləri günahkarların cəzalandırılmasını, onlara dəyən maddi və mənəvi zərərə görə 3 milyon 209 min 870 manat təzminat ödənilməsini tələb ediblər. İmran Cəfərzadə yaralanmasından az sonra.

İmran Cəfərzadə yaralanmasından az sonra.



4 NƏFƏR MÜHAKİMƏ OLUNACAQ

Həmin hadisədə azyaşlı İmran istirahət mərkəzinin böyüklər üçün nəzərdə tutulmuş su hovuzunda çimərkən nasosqoruyucu barmaqlığın olmaması ucbatından ayaqlarını itirmişdi.

Atası İbrahim və babası Cavanşir Cəfərovlar təqsirləndirilənlərdən təzminat istəyiblər.

Hazırlıq iclasında onlar bu barədə vəsatəti iclasa sədrlik edən hakim Anar İbrahimova təqdim ediblər.

Cavanşir Cəfərov:
“Necə ki, biz hər gün uşağımızın vəziyyətinə baxıb ağlayırıq, onun bu vəziyyətə düşməsinə səbəbkar olmuş adamlara ən ağır cəza verilsin”.

Bu hadisəyə görə 4 nəfər hakim önünə çıxarılıb.

QANUNSUZ SAHİBKARLIQ, VERGİDƏN YAYINMA, SƏHLƏNKARLIQ...

“Nabran Village Holiday” İstirahət Mərkəzinin direktoru Rəşad Zərbəliyev səhlənkarlıqda, icarəçiləri Firdovsi İsmayılov qanunsuz sahibkarlıq fəaliyyətində, Ramiz Əhmədov qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınmaqda, vəzifə saxtakarlığında və səhlənkarlıqda, hovuz xidmətçisi Aslan Hacıməmmədkərimov isə səhlənkarlıqda təqsirləndirilir.
Xaçmaz rayon məhkəməsi, 21 aprel 2014

Xaçmaz rayon məhkəməsi, 21 aprel 2014


Bu iş üzrə ilkin araşdırmanı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq idarəsi aparıb.

Məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun ittiham şöbəsinin prokuroru Roza Şıxverdiyeva müdafiə edəcək.

Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi İmranın Almaniyada müalicəsini təşkil ediblər. Onun ayaqlarında bir neçə dəfə əməliyyat aparılıb, ayağının birinə protez qoyulmaqla uşağın yeriməsi bərpa olunub.

Şərhləri göstər

XS
SM
MD
LG