Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

16 yaşlı amerikalı Sakit Okeanın yarısınacan təyyarənin təkərində uçub


16 yaşlı amerikalı yeniyetmə Sakit Okeanın yarısınacan təyyarə təkərində uçub.

Kaliforniyanın San Xose şəhərindən Havay adalarından biri olan Mauiyə uçan təyyarənin şassiləri, yəni təkərləri yığılan bölümdə gizlənmiş yeniyetmə uçuş vaxtı huşunu itirib, təyyarə yerə enəndən 1 saat sonra özünə gəlib. O, təyyarənin texniki bölümündən çıxaraq hava limanının çıxışına yollanıb, bu vaxt onu təhlükəsizlik xidməti saxlayıb.

Reutersinməlumatına görə, həkimlər yeniyetməni müayinədən keçirəndən sonra onun sağ-salamat olmasını bildiriblər. Federal Təhqiqat Bürosunun agenti Tom Simon deyib ki, “ bu möcüzədir. O heç bir xüsusi müdafiə vasitəsindən istifadə etməyib”.

5 saatlıq uçuş vaxtı təyyarə 11 km hündürlüyə qalxır. Burda oksigen çatmır. Havanın temperaturu mənfi 60 dərəcə C-yə düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG