Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:39

Şəhriyar İstanbulda yad edildi


Tədbir aprelin 18-də Topqapı Türk Dünyası Kültür Evlərində baş tutdu.

Tədbir aprelin 18-də Topqapı Türk Dünyası Kültür Evlərində baş tutdu.

-
Azərbaycanın İstanbuldakı Baş konsulluğu, İstanbul Böyük Şəhər Bələdiyyəsi Kültür A.Ş. və İstanbul-Türkiyə Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə böyük şairin vəfatının 25-ci ilində anım mərasimi keçirildi.

Tədbir aprelin 18-də Topqapı Türk Dünyası Kültür Evlərində baş tutdu.

Tədbirin rəsmi hissəsində filologiya üzrə doktor Esmira Fuadın «Məhəmməd Hüseyn Şəhriyar» kitabının tanıtımı keçirildi.

Divan ədəbiyyatı üzrə mütəxəssis professor Məhəmməd Nur Doğan və Şəhriyar yaradıcılığı üzrə araşdırmaçı Yusif Gədikli kitabın mahiyyəti və önəmindən danışdı.

Məclisdə M.Şəhriyarın həyatından bəhs edən sənədli film təqdim edildi.

Sonra Azərbaycan tarixinə aid rəsm sərgisi nümayiş olundu.

Esmira Fuadın imza mərasiminin ardınca xalq sənətçisi Esat Kabaklı və gənc müğənni Elgün Quliyev sözləri Şəhriyara aid mahnılar ifa etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG