Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:37

“Azərsu” Nobel prospektində yolun çökməsini hələ ki kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmir


-
Bakının Nobel prospektində yolun bir hissənin çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir. Bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun açıqlamasına görə, “Azərsu”nun əməkdaşları hazırda hadisə yerində araşdırma aparırlar: “İndiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib, kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb”.

Anar Cəbrayıllı bildirib ki, hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil: “Kollektorda çirkab suların səviyyəsi aşağı düşdükdə xətt daxildən yoxlanacaq və yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq”.

Aprelin 21-də Nobel prospekti - 67 ünvanında, Bakı Neftayırma Zavodunun yaxınlığında magistral yolun bir hissəsi çöküb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA-ya açıqlamasında deyib ki, təxminən 20 metr dərinlikdə, eni 1860 millimetr olan kanalizasiya kollektorunda baş verən sızma nəticəsində yolun torpaq yatağı və əsası yuyulub, bununla da asfalt-beton örtüyü çöküb.
XS
SM
MD
LG