Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:59

Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçilib


-
İsrailin hərbi və siyasi xadimi Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçilib. Bu haqda Diasporlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aprelin 27-də onun Bakıya səfəri gözlənilir. Səfərdə məqsəd Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də təşkilatçısı olduğu II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməkdir. O, həmçinin Mərkəzin I Baş Assambleyasına da qatılacaq.

Ehud Barak 2005-ci ildə İsrail xəbər agentliklərin birinin apardığı sorğu nəticəsində dünyanın mövcud olmuş ən nüfuzlu 200 yəhudisindən biri seçilib. O, həmçinin Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən İsrailin yeganə baş naziri kimi tanınır.
XS
SM
MD
LG