Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:14
-
İyunun 12-dən 15-dək Masallı şəhərində III Beynəlxalq folklor festivalı keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, on iki ildə rayonda folklor festivalının yüksək səviyyədə keçirilməsi və bu sənət yarışmasına qatılmaq istəyən ölkələrin sayının artması ilə onun miqyasının genişlənməsi Masallının ən mötəbər tədbirlərə ev sahibliyi etmək bacarığını üzə çıxarıb.

Rayonda keçirilən festivallarda Azərbaycanla yanaşı, Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstanın folklor kollektivləri iştirak edib.

Bu ilki festivala da xarici ölkələrin tanınmış sənətçiləri dəvət olunacaq.

Bu məqsədlə rayonda hazırlıq işlərinə başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG