Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:06

NİDA-çı gənclər və valideynləri aclıq aksiyasına davam edirlər [Video]


Həbsdə olan NİDA-çıların valideynləri aclıq aksiyasına başlayıb
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Həbsdə olan NİDA-çıların valideynləri aclıq aksiyasına başlayıb

-
«Bu aclıq aksiyasını övladlarımızın azad olunması üçün başlamışıq, mübarizəmizi axıra qədər davam etdirəcəyik. Biz aclıq etməklə uşaqlarımızın günahı olmadığına diqqət çəkmək istəyirik. Günahsız uşaqlar üçün prokurorun 6 il yarım, 8 il yarım iş istəməsi heç bir məntiqə, hüquqa və insaniyyətə sığmır. Aclığımız müddətsizdir, dözənə qədər davam etdirəcəyik».

Bunu həbsdə olan NİDA-çılardan Zaur Qurbanlının anası Səkinə Qurbanova deyir.
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00
Direct-ə keçid

Həbsdə olan NİDA-çıların valideynləri aclıq aksiyasını aprelin 20-dən başlayıb. Aksiya Müsavat Partiyasının qərargahında keçirilir.

Aprelin 21-də aclığı Zaur Qurbanlının anası Səkinə Qurbanova, Rəşadət Axundovun anası Mətanət Axundova, Şahin Novruzlunun anası Məhbubə Novruzova davam etdirir.

Valideynlər prokurorun övladlarına 6,5 ildən 8,5 ilədək həbs cəzası istəməsinə etiraz edirlər.

Digər valideynlərin də növbə ilə aksiyada iştirak edəcəkləri bildirilir.

GƏNCLƏR DƏ AKSİYANI DAVAM EDİR

Əsabəli Mustafayev
Əsabəli Mustafayev
NİDA-çıların özləri isə aprelin 17-dən Bakı İstintaq Təcridxanasında aclığı davam etdirirlər. Vəkil Əsabəli Mustafayev deyir ki, bu aksiya məhkəmə sisteminin asılılığına olan etirazdır:

«Bu günə olan məlumata görə, gənclərin aclığı davam edir. Onlar bu aksiyanı Azərbaycan hüquq sisteminə, o cümlədən, məhkəmələrə olan inamsızlığa görə keçirir. İstintaq uzun müddət çəkmişdi. Bundan başqa neçə müddətdir davam edən məhkəmə göstərdi ki, bu şəxslərin heç birinin təqsiri yoxdur. Lakin prokuror çox ciddi cəzalar istədi. Təcrübədən də məlumdur ki, məhkəmələr həmişə prokurorun istədiyi cəzaları təmin edir. Ola bilər kiçik dəyişikliklər olsun. Ona görə də bu uşaqlar əlacsız qalıb aclığa əl atıblar. Bununla da həm beynəlxalq, həm də daxili diqqəti özlərinə cəlb etmək istəyirlər».
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00
Direct-ə keçid

Aprelin 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə vəkillərin müdafiə çıxışları başlanacaq. Əsabəli Mustafayev deyir ki, müdafiə çıxışları ilə onlar ittihamların saxta olduğunu bir daha ictimaiyyətin diqqətinə çatdıracaqlar.

Gənclər 2013-cü il mart-may aylarında həbs olunublar. Onlar 2013-cü il martın 10-da əsgər ölümlərinə etiraz aksiyasında kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunurlar.

Dövlət ittihamçısı aprelin 17-də Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.

Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty International onları vicdan məhbusu sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG