Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:43
-
Ağcabədinin Aran kəndinin sakinləri bu il torpaqdan məhsul götürə bilməyəcəklərini düşünürlər. Səbəb isə əkin sahələrini suvara bilməmələridir. Kənd sakinlərinin sözlərinə görə, bir aydır suvarma suyu azalıb. Üstəlik havaların quraq keçməsi əkinçilərin işini daha da çətinləşdirib. Aran kəndində 1500 hektara yaxın əkinə yararlı torpaq sahəsi var. Bunun da cəmi 15 faizi kanalın yaxınlığında yerləşdiyindən həmin sahələrin suvarılmasında problem yaranmır. Qalan 1200 hektar sahənin suvarılması kənddə olan 4 su nasos stansiyası vasitəsi ilə aparılır. Lakin bir aya yaxındır kanalda suyun səviyyəsi aşağı düşdüyündən sahələrə su çatmır. Sahədə taxıl, çuğundur və yonca əkən sakinlər vaxtı vaxtında məhsulu sulaya bilmədiklərindən gileylənirlər. Sakinlər deyir ki, hər hektara təxminən 300 manat vəsait xərcləyiblər. Əgər 10-15 gün ərzində sahələrini suvara bilməsələr bütün məhsul batacaq.
Aran kənd sakini Hüseyn Mustafayev deyir ki, oktyabr ayından taxıl səpiblər və bircə dəfə sahələrini suvara biliblər. Havalar quraqlıq keçir buna görə də, əkilmiş ərazini təcili suvarmaq lazımdı. Yoxsa məhsullar tamam məhv olacaq.

ƏKİN SAHƏLƏRİNİ YARIMÇIQ SULAYANLAR...

Digər kənd sakini Vəli Vəliyev də 20 hektar sahədə əkdiyi məhsulu cəmi bircə dəfə sulaya bilib, onu da yarımçıq. Ərazisinin 5 hektarında taxıl, qalan 15 hektarında isə çuğundur əkib. Taxılı tam sulaya bilsə də, çugundur sahəsinin cəmi 4 hektarını sulaya bilib:
əkin sahəsi

əkin sahəsi

“Toxumlar məhv olub gedir. İndən belə də su olsa, heç mən deyərəm ki, mayasını çıxara ya çıxarmaya”.

“ARAZ ÇAYINDA SUYUN SƏVİYYƏSİ AZALIB”

Ağcabədi suvarma sistemləri idarəsininin rəisi Əli Əliyev bu vəziyyətə Araz çayının suyunun azalmasını səbəb göstərir:

“Kəndlərə gələn kanallar mənbəyin Araz çayından götürür. Havaların quraq keçməsi ilə əlaqədar Araz çayında suyun səviyyəsi azalıb. Buna görədə suvarmada çətinliklər yaranıb. Problemin aradan qaldırılması üçün biz baş idarəyə müraciət etmişik. Artıq mütəxəssislər bu problemi aradan qaldırmaq üçün çalışır. Yaxın günlərdə problemin aradan qaldırılacağını və suvarma suyunun qrafik əsasında bütün rayonlara bərabər şəkildə paylanacağını düşünürəm”.
Əli Əliyevin sözlərinə görə, yaxın günlərdə kəndləri suvarma suyu ilə təmin edən kanallarda suyun səviyyəsi 20 sm-ə qədər yüksələcək.
XS
SM
MD
LG