Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:33

Rusiya Krım üzərində nəzarəti gücləndirir


-
Rusiya Krım üzərində nəzarəti gücləndirmək üçün yeni addımlar atıb.

Rusiya Mərkəzi Bankı aprelin 21-də Krımda işləyən dörd Ukrayna bankının işinin dayandırılması haqda göstəriş verib. Bunlar PrivatBank, Ümum-Ukrayna Səhmdar Bankı, Kyivska Rus və Imexbank-dır.

Bu mart ayında Rusiya beynəlxalq hüququn ziddinə gedərək Ukraynanın Krım vilayətini anneksiya edib.

Prezident Putin aprelin 21-də federal qanun imzalayıb. Bu qanun keçid dövründə Krım və Sevastopolda bank depozitlərini qoruyacaq.

Putin həmçinin Rusiyanın Qara Dəniz donanmasına yeni təyinatlar edib. Ukraynanın keçmiş donanma komandiri admiral Denis Berezovsky Rusiya Qara Dəniz donanmasının yeni komandan müavini təyin olunub.

Putin Aleksandr Golublev-i Prezidentin icra aparatının rəhbəri təyin edib.
XS
SM
MD
LG