Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:41
-
İki ABŞ senatoru Rusiyanın Ukraynada sabitliyi pozan hərəkətlərinə görə daha sərt iqtisadi sanksiyalar tələb edib. Tennessee ştatından Respublikaçı, Senatın xarici əlaqələr komitəsinin üzvü Bob Corker aprelin 20-də ABŞ televiziyasına danışıb. Onun fikrincə, Kremlə sərt sanksiyalara Qazprom kimi enerji şirkətlərinə, bank sektoruna qarşı tədbirlər daxil olmalıdır.
Senator deyib ki, Qərbin Ukraynanı Rusiya ilə təkbaşına buraxması “vicdansızlıqdır”.

Connecticut ştatından Demokrat Chris Murphy bildirib ki, Rusiyaya qarşı sanksiyaları artırmaq lazımdır. Bu sanksiyalar neft-kimya şirkətlərinə yaxud banklara qarşı tətbiq oluna bilər.

Murphy-nin sözlərinə görə, Rusiya Ukraynada olduğu kimi hərəkətlərinə davam etsə, potensial növbəti hədəfi “NATO müttəfiqi” ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG