Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:18
-
2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin sənəd qəbulu davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, aprelin 1-dən indiyə qədər 58457 nəfər sənəd verib. Sənəd verib ərizəsini təsdiqlədən abituriyentlərin 52023-ü Azərbaycan, 6434-ü isə rus bölməsi üzrə sənədlərini təqdim edib. Abituriyentlərin 20416-sı I, 14291-i II, 16617-si III, 7133-ü IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ərizəsini təsdiqləyib.

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər aprelin 1-dən 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və komissiyanın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG