Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:29

Bərə heyətinin hərəkətləri «qətlə bərabərdir»


Cənubi Koreya
Cənubi Koreya
-
Cənubi Koreyada batan bərənin kapitanı və heyətinin davranışı «qətlə bərabərdir». Bunu ölkə prezidenti Park Geun-hye deyib.

Xanım Park Geun-hye-nin sözlərinə görə, kapitanın hərəkətləri və bəzi heyət üzvlərinin davranışı «tamamilə anlaşılmaz və qəbuledilməzdir».

«Sewol» bərəsində əsasən orta məktəb şagirdlərindən ibarət 476 nəfər olub, bərə Cənubi Koreyanın sahilində aprelin 16-da qismən batıb.

Aprelin 20-də açıqlanan səs yazısının mətnindən görünür ki, heyət özünü itirib və sərnişinləri necə evakuasiya edəcəyini bilmir.

İndiyədək 64 nəfər çıxarılıb, 240-dan çox şəxs itkin düşüb. Onların öldüyü güman edilir.

Kapitan və altı heyət üzvü saxlanıb, səhlənkarlıq və sərnişinləri qoruya bilməməkdə ittiham olunur.
XS
SM
MD
LG