Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:06
-

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun məhkəməsi başlayacaq.

İşə hakim Rauf Əliyev baxır.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, prosesi izləmək üçün ABŞ, B. Britaniya, Niderlandın Bakıdakı səfirliklərinin, həmçinin AB nümayəndəsi, hüquq müdafiəçiləri gəlib.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur.

Məhkəmə onu üç ay müddətinə həbs edib. Martın 19-da ibtidai istintaq başa çatıb. A.Məmmədli və digər iki fəala qarşı CM-in 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini «vicdan məhbusu» sayır.

Müdafiə tərəfi bildirir ki, Anar Məmmədlinin həbsinin əsl səbəbi ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqini aparmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG