Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:37

Slovyanskdakı separatçılar Putinə müraciət edib


Özünü Slavyansk şəhərinin «xalq meri» elan etmiş Vyacheslav Ponomarev Rusiya prezidenti Putinə müraciət edib ki, onları Milli Qvardiya və «sağ sektor»dan qorumaq üçün regiona sülhməramlı qüvvələr göndərsin.

«RİA Novosti»nin məlumatına görə, Ponomarev bunu ötən gecə Slavyanskdakı atışma ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

«Qardaşlarımızı öldürürlər, onlar bizimlə danışmırlar, sadəcə öldürürlər» deyə, o, bəyan edib.
XS
SM
MD
LG