Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:24

ABŞ konqresmenləri Milli Şura rəhbərliyi ilə görüşüb


Aprelin 20-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Cəmil HəsənliƏli Kərimli qurumun adından ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri, konqresmen Ed Royce və onu müşayiət edən konqresmenlərlə görüşüblər.

Bu barədə AXCP mətbuat xidməti partiya sədri Əli Kərimliyə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığın formaları və inkişaf perspektivləri, Azərbaycandakı ictimai-siyasi vəziyyət, Ukraynada baş verən hadisələr və onun Azərbaycana təsiri, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə olan təhdidlər, habelə siyasi məhbuslar və siyasi plüralizm məsələləri müzakirə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG