Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:19

ABŞ-ın vitse-prezidenti Ukraynaya gedir


Joe Biden
Joe Biden
ABŞ-ın vitse-prezidenti Joe Biden Ukraynaya iki günlük səfərə gedir. Onun dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin liderləri ilə ölkədəki böhranı müzakirə edəcəyi gözlənilir.

Biden aprelin 22-də hazırkı prezident Oleksandr Turchynov və baş nazir Arseniy Yatsenyukla görüşəcək.

Ağ Evin bəyanatında deyilir ki, vitse-prezident Ukraynanın şərqində separtçı qüvvələrlə bağlı vəziyyəti, o cümlədən beynəlxalq ictimaiyyətin ölkədə sabitlik yaratmaq səylərini, iqtisadi və enerji məsələləri müzakirə edəcək.

Konstitusiya islahatı, mərkəzləşmənin ləğvi və 25 may prezident seçkiləri də müzakirə mövzusu olacaq.
XS
SM
MD
LG