Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:33

Əfqanıstanın sabiq Xarici İşlər naziri Abdullah Abdullah prezident seçkilərində rəqibindən 11 faiz irəlidədir. Müstəqil Seçki Komissiyası bildirib ki, səslərin təxminən yarısı hesablanıb, Abdullah 44,4 faizlə birinci, sabiq maliyyə naziri Ashraf Ghani 33,2 faizlə ikinci gəlir.

Aprelin 5-də keçirilən seçkinin yekun nəticələri mayın 14-də açıqlanacaq. Seçkidə qalib gəlmək üçün namizəd birinci mərhələdə 50 faizdən artıq səs toplamalıdır. Əgər namizədlərdən heç biri bu səsi toplaya bilməsə mayın sonunda ikinci dəfə səsvermə keçiriləcək.

Rəsmilər seçkilərdə xeyli sayda saxtakarlığın olduğunu bildirir, ancaq 2009-cu illə müqayisədə bu cür halların daha az olduğunu qeyd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG