Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:40
Ukraynanın şərqində ölümlə nəticələnən toqquşmaya görə Rusiya və Ukrayna bir-birlərini ittiham edir. Ukraynanın Daxili İşlər nazirliyi bildirib ki, aprelin 20-də Slavyansk şəhərinin müvəqqəti keçid məntəqəsinin yaxınlığında atışma olub, azı 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Rusiyanın dövlət mediası isə 5 nəfərin öldüyünü, onlardan 3-nün Rusiyayönlü fəallar olduğunu bildirib. Hücum edənlərin kimliyi aydınlaşmayıb.

Rusiyanın XİN insidenti pisləyərək, bunu Ukrayna hökumətinin «millətçi və ekstremistləri» tərkisilah etmək istəmədiyinin sübutu adlandırıb.

Ukraynanın Təhlükəsizlik Qüvvələri isə Ukrayna qurumlarından heç birinin insidentdə iştirak etmədiyini bildirib. İnsidenti pisləyərək, kənar şəxslərin «təxribat» törətdiyini qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG