Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44
Azərbaycanda qızıl istehsalçısı olan «Anglo-Asian Mining plc” (AAM) şirkəti cari ilin I rübündə «Gədəbəy» kompleks mədənində hasil edilən 11 312 unsiya qızıl istehsal edib. Trend-in məlumatına görə, şirkət 2013-cü ilin I rübündə 8 585 unsiya qızıl istehsal edib.
AAM hesabat dövründə 10 403 unsiya (qızılın unsiyası orta hesabla 1303 dollar) qızıl satıb.

Şirkət, həmçinin «Qoşa» yatağının mütəmadi işlənməsinə başlayıb. Belə ki, I rübdə 1095 ton qızıl filizi (1 tonda orta hesabla 12 qram qızıl) hasil edilib, bu həcmdən 250 ton emal edilməsi üçün «Gədəbəy» yatağına göndərilib. AAM-ın proqnozlarına görə, 2014-cü ildə «Qoşa» yatağında 58 min ton filiz (1 tona görə orta hesabla 6 qram qızıl) hasil ediləcək ki, bu da təqribən 10 min unsiya qızıl istehsal etməyə imkan verəcək.

Azərbaycan hökuməti ilə məhsulun bölüşdürülməsi haqqında sazişin şərtlərinə görə, AAM təqribən 2 min kvadratkilometr sahədə mineral resursların kəşfiyyatı və hasilatını aparmaq hüququna malikdir. Bura 3 müqavilə sahəsi («Qoşa», «Gədəbəy» və «Ordubad») daxildir.

Şirkətin resurs bazası 36 ton qızıl, 292 ton gümüş və 94 min ton misdən çoxdur. AAM-in işlədiyi yataqlar arasında ən irisi «Gədəbəy» kompleks mədənidir. Burada ilk qızıl və gümüş 2009-cu ilin may ayında hasil olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG