Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:52

Cənubi Koreyada gəmi qəzasında itkin düşənlərlə bağlı narazılıq yaranıb


gəmidə olan sərnişinlərin yaxınları

gəmidə olan sərnişinlərin yaxınları

-
Cənubi Koreyada polislə sərnişin gəmisində batanların yaxınları arasında toqquşma olub. Adamlar axtarışların aparılmasından narazıdırlar.

Cənubi Koreyanın “Sevolе” sərnişin gəmisi aprelin 16-da qəzaya uğrayıb. Gəmidə olanlardan 174 nəfəri xilas edilib, 54 nəfərin öldüyü təsdiqlənib.

Hələ də 250 nəfərin taleyindən bir xəbər yoxdur.

Gəminin göyərtəsindəki 476 nəfərdən 350-i Ansan şəhərindən olan məktəblilər olub. İnçxon limanından gəmi Çedju kuror adalarına gedirmiş.

Şagirdlərin təhsil aldığı məktəbin direktor müavini baş verən hadisəyə görə aprelin 18-də intihar edib.

Gəminin kapitanı və daha iki ekipaj üzvü həbs olunub. Onlara qarşı səhlənkarlıq və dəniz qaydalarını pozma maddələri ittiham ilə irəli sürülüb.

Məlumatlara görə, hadisə baş verən günü sərnişin gəmisini o qədər də təcrübəli olmayan komanda idarə edirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG