Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:15

Abituriyentlər sınaq imtahanı verirlər


-
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər ölkənin 24 şəhər və rayonunda sınaq imtahanı verirlər. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məlumat yayıb.

İmtahanlar ümumilikdə 64 binada keçirilir.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb. Komissiyanın məlumatına görə 49 mindən çox abituriyent qeydiyyatdan keçib. Bu sayca üçüncü sınaq imtahanıdır.

Bundan əvvəl aprelin 6-sı və 13-də abituriyentlər öz biliklərini sınayıblar.
XS
SM
MD
LG