Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:28
-
Yaxın vaxtlarda orta məktəblərdə din ayrıca fənn kimi tədris oluna bilər.

ANS TV-nin məlumatına görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

O bildirib ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında təhsilin inkişafı üzrə hədəflər müəyyənləşdirilir.

«Hal-hazırda bu strategiyanın tətbiqi üzrə sənədlər hazırlanır. Bu sənədlərdən biri hazırda hökumətə müzakirəyə verilib. Fəliyyət planı təsdiq olunundan sonra siz dediyiniz məsələlər və təhsilin inkişafı üzrə digər dəyişikliklər də orada öz əksini tapacaq» - deyə Ceyhun Bayramov bildirib.
XS
SM
MD
LG