Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:18
-
Ukrayna Konstitusiya islahatları zamanı rus dilinə yeni status verə bilər.

Bu barədə ölkənin baş naziri Arseniy Yatsenyuk və prezident səlahiyyətlərini icra edən Oleksandr Turchynov televiziya ilə müraciətlərində bildiriblər.

Onların dediyinə görə, Ukrayna hökuməti regionların və yerli icra hakimiyyətlərinin səlahiyyətlərini genişləndirməyi planlaşdırır.

Arseniy Yatsenyuk deyib ki, rus dilinə xüsusi status və onun müdafiəsinə zəmanət verəcəklər.

Baş nazir parlamentə də müraciət edib ki, ölkənin şərqindəki aksiyalarda saxlanan şəxslərə amnistiya verilməsi ilə bağlı qanun layihəsini qəbul etsinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG