Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:00

İran Azərbaycanının ən yaxşı yazarları


-

Bakıda iki cildlik “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının təqdimatı keçirilib.

Bu nəşr 30 il ərzində aparılnış elmi axtarışların yekunudur.

Burada Xalxali, Nəbati, Hacı Rza Sərraf, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Məhəmmədhüseyn Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli oçerklər verilir.

Kitabı Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu hazırlayıb, redaktorları professor Teymur Əhmədov və filologiya elmləri doktoru Rəhim Əliyevdir.

"Qanun" nəşriyyatı kitabı öz vəsaiti ilə buraxıb.

Vətəndaş Həmrəyliyi Partiyasında baş tutan təqdimata tanınmış ziyalılar, yazarlar və İran türkləri qatılıblar.

Partiyanın sədri, şair Sabir Rüstəmxanlı deyib ki, əlifba fərqinə görə, İrandakı azərbaycandilli ədəbiyyatı araşdırmaq çətindir:

"Bu ədəbiyyatı oxuyanda bir şeyə heyrət etdim. Bugünkü Cənubi Azərbaycan ədəbiyyatı çox modern ədəbiyyatdır. Hətta bəzi cəhətlərinə görə o taydakı modern şer Quzey ədəbiyyatından irəlidədir".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG