Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:35
-
«Keşlə qəsəbəsindəki dəmiryolu xəttinin kənarında yerləşən və «Şanxay» adı ilə tanınan qanunsuz tikililər söküləcək».

Bu barədə modern.az saytına «Azəryolservis» ASC-nin sədri, deputat Cavid Qurbanov məlumat verib.

«Bildiyimə görə, orada park salınacaq və gözəl yollar tikiləcək», - deyə o, bildirib.

Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki «Şanxay» adlanan ərazidən keçən dəmiryolunun mühafizə zolağında tikilmiş evlərin sökülməsi məsələsi uzun müddətdir gündəmdədir. Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmiryolunun mühafizə və sanitar zolağı müəyyənləşib. «Şanxay» da mühafizə və sanitar zolağa düşən ərazidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG