Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:55

İslamı xurafat kimi qələmə verən ziyalılara...


-

“Parlaq İmzalar” nəşriyyatı İranın tanınmış İslam mütəfəkkiri, ictimai xadim Dr. Əli Şəriətinin “Ey ata, ey ana, biz günahkarıq” kitabını nəşr edib.

Nəşriyyatdan verilən məlumata əsasən, kitabda müəllif əvvəlcə özünəməxsus bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsili, onların ata-anasını ittiham edir.

Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşması kimi problemlər bütün gerçəkliyi ilə ortaya çıxır.

Kitabın ikinci hissəsində isə Dr. Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur; islami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqlayaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsl mahiyyət və dəyərini ortaya qoyur.

Kitab artıq şəhərin kitab mağazalarında satışdadır.

Dr. Əli Şəriəti 1977-ci ildə, İranda şah hakimiyyəti dövründə müəmmalı şəkildə ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG