Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:17

Məcburi köçkünlərə güzəştli kreditlər verilib


Manat
Manat
-
Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xankəndindən olan məcburi köçkün sahibkarlara güzəştli kredit verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumata görə, güzəştli kredit əsasən kiçik cins heyvandarlıq və bağçılıq təsərrüfatlarının, süd emalı, arıçılıq və balın emalı, meyvəqurutma müəssisələrinin yaradılması sahələrinə ayrılıb.

Türkiyədən dəvət edilmiş mütəxəssisin bu sahələr üzrə hazırladığı nümunəvi investisiya layihələri də yerli sahibkarlara paylanıb.

8 məcburi köçkün olan sahibkara 235 min manat güzəştli kredit verilib. İnvestisiya layihələrinin 100 faiz dəyəri güzəştli kredit hesabına maliyyələşib.

Sahibkarlığa Kömək Milli Fondunun məlumatına görə, indiyədək 1200-dən çox məcburi köçkün sahibkara 30 milyon manata yaxın güzəştli kredit verilib. Fond bildirir ki, bu kreditlərin reallaşdırılması nəticəsində 2600-ə qədər yeni iş yeri yaradılıb.
XS
SM
MD
LG