Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:03

Cənubi Sudanda BMT bazasına hücumda 58 adam ölüb


BMT missiyası qaçqınlara su paylayır

BMT missiyası qaçqınlara su paylayır

BMT-nin Cənubi Sudandakı bazasına hücumda 50-dən çox adam ölüb.

350 nəfər gənclərdən ibarət dəstə Bor şəhərində bazanın darvazalarını sındıraraq atəç açmağa başlayıb. Yalnız bundan sonra BMT-nin sülhümühafizə qüvvələri cavab atəşi açıb.

BMT-nin Cənubi Sudandakı missiyasının rəhbəri Toby Lanzer deyib ki, hücum edənlərdən 10 nəfər də daxil, 58 adam ölüb. 100-dən çox adam yaralanıb.

Cənubi Sudanda keçən ilin dekabrında prezident Salva Kiir ilə onun o vaxtki müavini Riek Machar arasında münaqişə düşməyi ilə 1 milyon adam evindən didərgin düşdü.
Cənubi Sudan Sudandan 2011-ci ildə qanlı münqişədən sonra ayrıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG