Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:17

Həkim-kardioloq işdən niyə çıxarılıb?..


Arxiv fotosu
Arxiv fotosu
“Mən 2010-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasında həkim-kardioloq vəzifəsində işləmişəm. Rusiya Tibb Elmlər Akademiyasının tibb elmləri namizədi, tibb üzrə fəlsəfə doktoruyam. İşlədiyim müddətdə peşəkar fəaliyyətimə dair rəhbərlik tərəfindən heç bir irad olmayıb. İntizam tənbehinə cəlb olunmamışam. Vəzifə borcumu layiqincə yerinə yetirmişəm, pasiyentlərə qarşı həssaslıq göstərmişəm”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə həkim-kardioloq, tibb elmləri namizədi Azadə Aslanova yazıb. Deməsinə görə, Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyi onunla qərəzli münasibətdə olduğuna görə işdən çıxarılıb:

"MƏN YAZDIQCA..."

“Xəstəxananın rəhbər işçiləri və ürək-damar xəstəlikləri şöbəsinin müdiri Rəşad Mahmudovun qərəzli münasibətinə görə bu ilin mart ayında səhiyyə nazirinə, Prezident Administrasiyasına məktub yazmışam. Prezident Administrasiyasında qəbulda da olmuşam. Bundan sonra xəstəxanada mənə təzyiqlər daha da artdı”.

Şikayətçi yazır ki, Səhiyyə Nazirliyinə vurduğu teleqramlara, göndərdiyi məktiblara cavab almayıb və şikayətləri ilə bağlı ölçü götürülməyib.

“Əksinə, hər dəfə mən yazdıqca, təzyiqlər artdı. Axırı da belə bitdi ki, məni işdən çıxartdılar”.

"HAMIYLA KOBUD RƏFTAR EDİRDİ"

Xəstəxananın baş direktoru Leyla Seyidbəyli məsələyə belə münasibət bildirib:

“İşə müqavilə əsasında götürülmüşdü. Müqavilənin müddəti bitdi və uzadılmadı. Səbəbsə bu idi ki, onun kobud rəftarlarını nə personal, nə də pasiyentlər qəbul etmirdi”.

Azadə Aslanova ölkə başçısına da müraciət edib. Bundan başqa o, mübahisəni hüquq müstəvisində davam etmək fikrindədir. Yaxın vaxtlarda işə bərpa və mənəvi zərərin ödənilməsi iddiası ilə məhkəməyə müraciət edəcəyini deyir.
XS
SM
MD
LG