Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:07

«İldə 10 minə qədər adamın xaricə müalicəyə getməsi elə də təhlükəli deyil»


Musa Quliyev
Musa Quliyev
«İldə Azərbaycanda 1 milyona yaxın adam xəstələnir ki, bunun da 1 faizə qədərinin müalicə üçün xaricə getməsi elə də təhlükəsi deyil. Hər il ABŞ-dan 2 milyona yaxın adam müalicə üçün şərq ölkələrinə üz tutur».

Bu fikirləri parlamentin 18 aprel iclasında deputat Musa Quliyev səsləndirib:

«Amma bu insanların xaricə göndərilməsinin təşkili, nəqliyyat, oteldə qalma, müalicəsinin zəmanətli və davamlı təşkili ilə bağlı demək olar ki, heç bir təminatı yoxdur».

Deputat təklif edir ki, xaricə müalicəyə gedənlərlə bağlı problemlər yaranmasın deyə Səhiyyə Nazirliyi yanında səhiyyə turizmi şöbəsi yaradılsın:

«Həm vətəndaşlarımızın getdiyi ölkələrdə, həm Azərbaycanda işbazlar, fırıldaqçılar adamların pullarını alırlar, onları lazım olmayan müayinə və müalicəyə dəvət edirlər. Bunun da nəticəsində vətəndaşlarımız xeyli əziyyət çəkir. Bu olmasın deyə, insanların xaricə müalicə getmə məsələsini dövlət öz üzərinə götürməlidir».
XS
SM
MD
LG