Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:44

NİDA-çıların valideynləri də aclığa başlayır [Video]


"Prokuroru yoxlatmaq lazımdır..."
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00
-
«Uşaqlarımızın azad olunmasını tələb edirəm. Onların həbsinə etiraz olaraq bazar günündən biz də aclıq aksiyasına başlayacağıq. Aclıq aksiyası müddətsizdir, uşaqlar azad olunana qədər davam edəcəyik. Onlara bəraət verilməlidir, bunun başqa yolu yoxdur. Onlar bəraət almalıydılar, nəinki 8 il yarım iş».

Bunu aprelin 18-də mətbuat konfransı zamanı həbsdə olan NİDA Vətəndaş Hərəkatı üzvlərindən biri Zaur Qurbanlının anası Səkinə Qurbanlı deyib.

Rəşadət Axundov
, Şahin Novruzlunun valideynləri də gəncləri dərhal azad etməyə çağırıblar:

«Elə təqdim elədilər ki, guya uşaqlar quldur idi. Bu uşaqları biz böyüdüb, təhsil vermişik. Bu ədalətsizliyi Allah götürməz. Hüquqi, qanuni dövlətdə belə etməzlər».

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı NİDA Vətəndaş Hərəkatı üzvləri haqqında 6 il yarımdan 8 il yarıma qədər azadlıqdan məhrum olunmalarını istəyib. Prokuror Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.

Gənc fəallar buna etiraz olaraq aprelin 17-dən aclıq aksiyasına başlayıb.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. «Azad Gənclik» Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG