Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:19

Osama bin Laden adına kitabxana


Pakistan -- Osama Bin Laden picture is shown in a Pakistani Islamic parties gathering, undated
Pakistan -- Osama Bin Laden picture is shown in a Pakistani Islamic parties gathering, undated
Pakistan paytaxtı İslamabadda qadın mədrəsəsi kitabxanasına Osama bin Ladenin adını verib.

Bu mədrəsənin rəhbəri Pakistanda radikallığı ilə ad çıxaran Maulana Abdul Azizdir. O həm də İslamabaddakı Qırmızı Məscidin imamı olub. Bu məscid yaraqlılara sığınacaq verdiyi üçün 2007-ci ildə hökumət qoşunları tərəfindən bir həftə mühasirədə qalmış, sonra da hücumla alınmışdı. O zaman məsciddə 100-dən çox adam həlak olmuşdu və ölkədə böyük toqquşmalar başlamışdı. Həmin toqquşmalar nəticəsində ölkədə 7 mindən çox adam həlak olmuşdu.

Indi Abdul Azizin rəhbərlik elədiyi Hafsa Camesindəki mədrəsədən Frans Press agentliyinə deyiblər ki, Osama bin Ladeni Qərbdə terrorçu saysalar da, biz onu İslamın qəhrəmanı kimi qəbul edirik və bu üzdən adını kitabxanaya vermişik. Kitabxananın qapısı üzərində bin Ladenin islam yolunda şəhid kimi təqdim edən yazı var.

Osama bin Laden 2001-ci ilin 11 sentyabrında Amerikada terror olaylarının təşkilində ittiham olunur və 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının əməliyyatı nəticəsində Abbotabadda öldürülmüşdü. Bin Ladenin ölümünün ildönümündə yüzlərlə adam Pakistanda küçələrə çıxıb onu yad eləmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG