Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48
“Binamızdan 6 metr məsafədə hündürmərtəbəli binanın özülünü qazmağa başlayıblar. Vəziyyətimiz necə olacaq, bilmirik. İcra Hakimiyyəti isə yaxasını kənara çəkir”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Yasamal rayonu, Yeni Yasamal 2, ev 1-də yaşayan Zahid Ələsgərov deyir. Onun sözlərinə görə, yaşadığı binanın qarşısında inşa işləri aparılması üçün ərazi hasarlanıb. Yeni hündür mərtəbəli yaşayış binası tikilir. Tikinti qaydalarına əməl olunmur.

BURADA BİNA TİKİLƏRSƏ...

“Binadan çıxmaq, hərəkət etmək mümkün deyil. Əgər burada yeni bina tikilərsə, gələcəkdə vəziyyətimiz dözülməz olacaq”.

Sakin deyir, bu ilin fevral ayında ərazini hasarlayan şirkətin əməkdaşları ilə mübahisə də yaranıb:

“Dedilər, nə iradınız var, gedin bu yerə sərəncam vermiş Yasamal rayon İcra Hakimiyyətinə bildirin. Biz də yığışıb icra hakimiyyətinə getdik. Başçının müavini Səməd İslamov qəbul elədi, dinlədi, guya bir az da əsəbiləşdi, dedi, biz sərəncam filan verməmişik. İşçiləri çağırdı, bizim yanımızda tapşırıq verdi ki, araşırın, görün, orada özül qazan kimdir. Bizi də arxayın etdi ki, səhər gəlib əraziyə baxış keçirəcəyik, tikintinin qarşısını alacağıq”.

Beləcə, sakinlər də arxayınlaşırlar. Sabahı gün ərazidə icra hakimiyyətinin rəhbərliyi yox, ağır texnika görünür.

İCRA HAKİMİYYƏTİNİN İŞÇİLƏRİNİ GÖZLƏYİRDİK, AĞIR TEXNİKA GƏLDİ

Şikayətçi:

“Kran, buldozer, traktor... Ağır texnikaların qulaqbatırıcı səslərindən evdə oturmaq mümkün deyildi. Qazıntı işləri başlandı. Biz hasarı uçurtduq. Polis gəldi, ara qarışdı. Birtəhər işi dayandırdıq, fəhlələri qovduq. Ancaq 3 gündən sonra həmin fəhlələr polislə gəldilər və işlərini davam etdirdilər”.

Sakinin sözlrəinə görə, bir neçə dəfə fəhlələrin işini dayandırsalar da, qısa çəkib. Hazırda da ərazidə işlər davam edir. Tez-tez münaqişə yaranır, polis müdaxilə edir.

Yasamal rayon icra hakimiyyətindən ərazidəki tikinti ilə bağlı “Qaynar xətt”in suallarını cavablandırmayıblar. Yalniz bunu bildiriblər ki, sakinlər narazıdılarsa, məhkəməyə müraciət etsinlər.

Yasamal rayon polis idarəsindən isə bildiriblər ki, Yeni yasamalda sakinlərlə ərazidə bina tikmək istəyən şirkətin fəhlələri arasında mübahisə baş verdiyinə görə asayişi təmin etmək üçün bir neçə dəfə polis işçiləri göndərilib. "Polis yalnız asayişə nəzarət edir, başqa mübahisələr isə mülki iş olduğuna görə məhkəməyə müraciət edə bilərlər", - Yasamal RPİ-nin növbətçi hissəsindən belə deyilib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG