Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:33
-
Hazırda qüvvədə olan qanunvericiliyə görə şəxsin tutulması 48 saatdan artıq ola bilməz. Bu müddətdə şəxsə ittiham elan edilməlidir, o, məhkəmə qarşısına çıxarılmalıdır. Lakin Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyir ki, təcrübədə bu müddətə tutulmuş şəxs haqqında bütün zəruri prosesual hərəkətləri həyata keçirmək mümkün olmur: “Onun real olaraq tərcüməçi, müdafiəçi ilə təmin edilməsi, ittihamın hazırlanması üçün bu vaxt yetərli deyil”.

Ə.Hüseynli qeyd etdi ki, bir çox inkişaf etmiş ölkələrdə bu müddət daha artıqdır. Məsələn, Danimarkada 3 gün, İspaniyada 5 gün, Fransada 6 gündür: “Bu cür müvafiq prosesual məcburiyyətlərin real olaraq həyata keçirilməsi, şübhəli şəxs haqqında daha mötəbər faktların əldə olunması, obyektivliyin artırılması üçün bu müddətin 96 saata qədər artırılması təklif olunur”.

Bu təkliflə bağlı Milli Məclis Cinayət Məcəlləsi, İnzibati-Xətalar Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dəyişikliklər qəbul etdi. Cinayət Məcəllə edilən dəyişikliyə görə şəxsin saxlanma müddəti 48 saatdan 96 saata qaldırıldı. İnzibati qaydada tutma müddəti də 24 saatdan 48 saata qədər artırıldı. Məsələn, cinayət törətməkdə şübhəli bilinən şəxs bundan sonra ittiham irəlü sürülənə qədər 2 deyil, 4 gün, nisbətən yüngül inzibati xəta törədənlər isə 1 gün deyil, 2 gün saxlanacaq.

Fazil Mustafa isə Cinayət Məcəlləsində dəyişikliyi başa düşülən saysa da, İnzibati-Xətalar Məcəlləsində saxlanma müddətinin 48 saat qaldırılmasına ehtiyac olmadığını bildirdi.

Deputat Çingiz Qənizadə isə dəyişikliklərə münasibətinin müsbət olduğunu bildirdi. Onun fikrincə, müddətin uzadılması təqsirləndirilən şəxslərin marağındadır: “Onlar istədikləri şəxs ilə müdafiə naminə müqavilə bağlaya biləcəklər. Bəzən tutulma həftə sonuna düşür və şəxs istədiyi şəkildə müdafiə oluna bilmir. Əslində, bu dəyişiklikər ağır və xüsusilə ağır cinayətlərə şamil edilir və orada işin yükü daha çox ağır olur. Bəzən inzibati xəta törədən çoxlu adam olur, onların hamısının sənədləşməsini qısa müddət ərzində aparmaq mümkün olmur. Bu baxımdan, müddətin 48 saata qədər uzadılması müsbət haldır”.

Həm Cinayət, həm də İnzibati Xətalar məcəllələrində saxlanma müddətlərinin uzadılması ilə bağlı təkliflər prezidentdən gəlib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG